Ermənistan tərəfinin törətdiyi hərbi təxribatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların pozulmasına yönəlib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan arasında dövlət sərhədi boyunca Tovuz rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan istifadə edərək atəşə tutub. Bu hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir general-mayoru daxil olmaqla 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub. Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik, sülh danışıqlarını pozmaq və Azərbaycana qarşı işğal və təcavüzü davam etdirmək məqsədi daşıyır”, - Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxışında bildirib.
Nazir qeyd edib ki, İrəvan COVİD-19 pandemiyasının Ermənistanda yayılması ilə əlaqədar daha da pisləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməklə diqqəti ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.
Bayramov vurğulayıb ki, təxminən 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20%-i Ermənistan tərəfindən işğal olunub. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və ya məcburi köçkünə çevrilib.
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Bununla belə, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğalına və təcavüzünə son qoyulmasını tələb edən sənədlərinə məhəl qoymamaqda davam edir», - Bayramov qeyd edib.
Həmçinin, nazir bidlirib ki, təxribatla bağlı beynəlxalq reaksiya da həddən artıq çox olub.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yaydılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul etdi. Qardaş Türkiyəyə bu ehtiyac vaxtında qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə dərin təşəkkürümüzü bildirmək istərdik”, - Bayramov vurğulayıb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət