Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətə dairbəyanatlarını cəfəngiyat və təxribat xarakterli olduğunu hesab edir.
“Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. Bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədini güddüyünün bariz təzahürüdür”, - XİN-in bəyanatında qeyd olunur.
Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir.
XİN hesab edir ki, bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir.
XİN-in qiymətləndirmələrinə əsasən, Ermənistan rəhbərliyinin Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planı “Ermənistanın mənfur siyasi məqsədlərinin” növbəti nümayişidir.
“O cümlədən, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumların” Şuşa şəhərinə köçürmək niyyətini bildirib. Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir. Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina edilməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır”, - məlumatda qeyd olunur.
XİN-də Ermənistanın Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımları qanunsuz hesab edirlər. “Ermənistan, Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımlar atır. Sərsəng su anbarı ilə bağlı Ermənistanın addımları Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla qanunsuz mahiyyət daşıyır. Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal edilmiş ərazilərdə məskunlaşdırılmaq üçün daha çox etnik erməninin cəlb edilməsi məqsədini güdür”, - bəyanatda deyilir.
XİN bir daha vurğulayır ki, Azərbaycan “özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin və hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə etməklə bütün zəruri addımları atmaq əzmində və qətiyyətindədir”.
Həmçinin Azərbaycan Xarici İşlər NazirliyiErmənistanın bölgədə vəziyyəti məqsədyönlü gərginləşdirməyə yönəlmiş bu təhrikedici cəhdləri ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərini məlumatlandırıb. “Ermənistanın qeyd edilən davranışına adekvat qiymət verilməsi, onun bütövlükdə region üçün ciddi təhlükəli fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə qaytarılması vacibdir”, - bəyanatda deyilir. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət