2020-ci ilin sentyabr ayının sonuna Dövlət Neft Fondunun (ARDNF) aktivləri $43 milyard 288,6 milyon təşkil edib. Bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə ARDNF-in aktivləri $43 milyard 323,3 milyon təşkil edib. Beləliklə, 9 ay ərzində fondun aktivləri 0,08% azalıb.
Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi, fondun büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.
2020-ci ilin yanvar-sentyabr aylarında fondun gəlirləri 6 milyard 593,1 milyon manat, mənfəət nefti və qazının satışından gəlirləri 5 milyard 445,5 milyon manat, tranzit gəlirləri 15 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişlər 6,8 milyon manat təşkil edib.
Hesabat dövründə fondun aktivlərinin idarə olunmasından 358 milyon manat gəlir əldə edilib. ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri 2 milyard 394 milyon manat təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında fondun xərcləri 9 milyard 46,3 milyon manat təşkil edib.
Fond dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat vəsait transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,4 milyon manat yönəldib, qurumun idarə edilməsi ilə bağlı xərclər isə 14,9 milyon manata bərabər olub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət