2021-ci ilin birinci rübündə Azərbaycana 188 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 13% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $47 milyon 749,9 min (artım 31,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $35 milyon 823,8 min dəyərində (artım 5,1 dəfə) 81,051 min ton şəkər xammalı və şəkər (artım 3,9 dəfə), $53 milyon 543 min dəyərində (artım 2,2 dəfə) 41,293 min ton bitki yağı (artım 47,6%), $12 milyon 659,4 min dəyərində (azalma 0,3%) 3,213 min ton çay (azalma 5,2%), $20 milyon 81,9 min dəyərində (artım 7,1%) 4,158 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 5,1%) idxal edilib.
Eyni zamanda, yanvar-martda respublikaya $6 milyon 475,7 min dəyərində (azalma 27,8%) 1,833 min ton iribuynuzlu heyvan əti (azalma 23,6%), $6 milyon 218.3 min dəyərində (azalma 24%) 5,497 min ton quş əti və quş əti məhsulları (azalma 22,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $38 milyon 630,6 min dəyərində (azalma 0,7%) 42,062 min ton meyvə (azalma 3,4%), $9 milyon dəyərində (artım 1,9 dəfə) 18,75 min ton tərəvəz (artım 2 dəfə), $16 milyon 279,9 min dəyərində (azalma 8,6%) 64,657 min ton kartof (artım 0,6%) idxal edilib.
Bu dövrdə ölkədən $25 milyon 766,4 min dəyərində (azalma 48%) 23,824 min ton tərəvəz (azalma 37,3%), $69 milyon 954,8 min dəyərində (artım 11,9%) 63,49 min ton meyvə (artım 41,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 27,1 min dəyərində (artım 3,1 dəfə) 17,929 min ton şəkər (artım 2,5 dəfə), $5 milyon 83,1 min dəyərində (artm 1,9 dəfə) 4,661 min ton bitki yağı (artım 37,5%) ixrac edilib.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan $3 milyon 951,8 min dəyərində (аrtım 16,9%) 3,433 min ton meyvə və tərəvəz şirələri (artım 37%), $659,1 min dəyərində (artım 15,2%) 58,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 1,9 dəfə), $1 milyon 961,3 min dəyərində (azalma 5%) 1,566 min ton meyvə və tərəvəz konservləri (azalma 5%), $1 milyon 30,5 min dəyərində (azalma 62,2%) 445,6 ton tütün (azalma 58,5%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət