2021-ci ilin birinci yarısında Azərbaycana 401,6 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 12% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $102 milyon 23,9 min (artım 30,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $85 milyon 56,2 min dəyərində (artım 1,6 dəfə) 185 min ton şəkər xammalı və şəkər (artım 15,6%), $100 milyon 49,8 min dəyərində (artım 1,6 dəfə) 73,537 min ton bitki yağı (artım 2,3 dəfə), $31 milyon 571,9 min dəyərində (artım 14,9%) 7,619 min ton çay (artım 11,2%), $39 milyon 980,7 min dəyərində (azalma 8,3%) 8,175 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 6,9%) idxal edilib.
Yanvar-iyun aylarında respublikaya $812 milyon 441 min dəyərində (azalma 42%) 3,277 min ton iribuynuzlu heyvan əti (azalma 41,9%), $15 milyon 712,5 min dəyərində (azalma 21,4%) 12,616 min ton quş əti və quş əti məhsulları (azalma 28,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $66 milyon 536,2 min dəyərində (artım 0,5%) 71,589 min ton meyvə (azalma 1,6%), $14 milyon 597,2 min dəyərində (artım 39,6%) 29,043 min ton tərəvəz (artım 44,5%), $25 milyon 865,9 min dəyərində (artım 4,5%) 103,8 min ton kartof (artım 14,5%) idxal edilib.
Yanvar-iyun aylarında ölkədən $136 milyon 365,3 min dəyərində (azalma 21,8%) 130,5 min ton tərəvəz (azalma 23,6%), $126 milyon 140,5 min dəyərində (artım 6,5%) 102 min ton meyvə (artım 38,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $19 milyon 88,1 min dəyərində (artım 2,5 dəfə) 36,935 min ton şəkər (artım 2 dəfə), $9 milyon 142,9 min dəyərində (artım 1,7 dəfə) 7,514 min ton bitki yağı (artım 27,8%) ixrac edilib.
Yanvar-aprel aylarında Azərbaycan $8 milyon 18,8 min dəyərində (аzalma 6,8%) 6,742 min ton meyvə və tərəvəz şirələri (artım 15,5%), $1 milyon 722,6 min dəyərində (artım 11,1%) 122,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 10,7%), $4 milyon 658,7 min dəyərində (artım 9,9%) 3,828 min ton meyvə və tərəvəz konservləri (artım 19,7%), $3 milyon 47,4 min dəyərində (azalma 39,5%) 1,183 min ton tütün (azalma 45,1%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət