Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) şənbə günü bəyanatla çıxış edərək Fransanı Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) xarici siyasətində alət qsimində istifadə etməkdə ittiham edib.
“Qeyd edək ki, Beynəlxalq çoxtərəfli platformalarda presedenti olmayan bu kimi addımların atılması və prosedur qaydalarının kobud şəkildə pozulması bir daha Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın digər dövlətlərə təzyiq etmək üçün siyasi aləti olduğunu nümayiş etdirib və bu, şübhəsiz ki, bir mədəniyyət profilli qurum olaraq onun nüfuzuna ciddi xələl gətirəcəkdir”, - “İnterfaks-Azərbaycan” agentliyi XİN-in bəyanatından şərh gətirir.
Bəyanatda bildirilir ki, Tunisin Cerba şəhərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində 18 noyabr 2022-ci il tarixində baş tutmuş Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən “təxribat xarakterli və sözügedən Təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib”.
Nazirlikdən məlumat verilib ki, “Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub”.
XİN-dən əlaəvə olunub ki, “lakin, sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib”.
“Bununla belə, sənədin yekun layihəsində hələ də Təşkilatın mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır”, - XİN-dən bildiriblər.
Bəyan edilib ki, sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən “əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb”.
Azərbaycan XİN-dən məlumat verilib ki, bu təzyiqlərə baxmayaraq, 18 noyabr 2022-ci il tarixində keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin Nazirlər İclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsinin Zirvə Görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib.
Qeyd olunur ki, bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk edib.
Azərbaycan XİN bildirir ki, Fransanın təsiri altında idarə olunan bir qurumun öz mandatına aid olmayan məsələlərin müzakirəsi və siyasi qərəzli məqsədlər üçün sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.
“Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində Frankofoniya üzv dövlətlərinin Zirvə Görüşündə qəbul ediləcək sənədləri siyasi cəhətdən qərəzli və əhəmiyyətsiz hesab edirik”, - XİN-dən bəyan ediblər.
Əlavə olunub ki, Azərbaycan tərəfi sözügedən Zirvə Görüşünün sənədlərinin müzakirəsi prosesində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmiş bütün dövlətlərə öz təşəkkürünü bildirir. **
R.Kərimov
SOCAR “Tengiz” yatağından Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə tranzitinə başlayıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək