Rusiya ümid edir ki, Avropa İttifaqı Transxəzər qaz kəmərinin planlaşdırılması zamanı beş Xəzəryanı dövlətin mövqelərinə hörmətlə yanaşacaq. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov bəyan edib.
“Biz ona əsaslanırıq ki, xarici oyunçular, hazırki vəziyyətdə Avropa İttifaqı, beş sahilboyu Xəzəryanı dövlətlərə hörmətlə yanaşacaq”, - deyə o mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı Transxəzər qaz kəməri problematikası müzakirə edilibmi sualına cavab verərək bildirib. .
Xəzərin dibi ilə Türkmənistan qazının Azərbaycana nəql edilməsini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir.
S.Lavrov bəyan edib ki, Transxəzər qaz kəmərinin tikintisi məsələsi E.Məmmədyarovla müzakirə edilib.
“Biz əminik ki, Xəzər dənizindən istifadəyə aid məsələlər bütün Xəzəryanı dövlətlərin rəyi nəzərə alınaraq həll edilməlidir. Məhz bu mənada Xəzərin hüquqi statusu haqqında konvensiya üzərində işin sürətləndirilməsi xüsusilə aktual xarakter əldə edir”, - deyə Rusiyalı nazir bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət