Bazar ertəsi Rusiyanın prezident vəzifəsinin icrasına başlayan Vladimir Putinin dövründə Azərbaycan-Rusiya münasibətləri yalnız möhkəmlənəcək. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin buna əmin olduğunu bildirib.
“Vladimir Putin və Heydər Əliyev Azərbaycan və Rusiya arasında yeni münasibətlərin baniləridir və buna görə inamla demək olar ki, ölkələrimiz arasında əməkdaşlıq yalnız möhkəmlənəcək”, - deyə V.Doroxin V.Putinin prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədar Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərini jurnalistlərə şərh edərək bəyan edib.
V.Doroxin Böyük Vətən müharibəsində Qələbənin növbəti ildönümününün əhəmiyyəti barədə danışaraq qeyd edib ki, “əgər Böyük Qələbə olmasaydı, yəqin ki, nə Azərbaycan, nə Rusiya mövcud olardı. Həlak olanları unutmamaq və xatirələrini anmaq, veteranlarımızı qorumaq lazımdır”, - deyə V.Doroxin bildirib.
Bazar ertəsi Rusiyanın səfiri Bakının 23 saylı orta məktəbində Böyük Vətən müharibəsi veteranları ilə təşkil edilən görüşdə müharibə zamanından bəhs edən işlərin fotosərgisində iştirak edib. Səfirə məlumat verilib ki, 23 saylı orta məktəbin iki məzunu Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, səfirə bildirilib ki, Leninqradda mühasirədə olan 12 nəfər hazırda Bakıda yaşayırlar.
Görüş və fotosərgi Rusiya Federasiyasının Bakıdakı səfirliyi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil edilib.
Böyük Vətən müharibəsi veteranları ilə görüşdə və fotosərgidə Belarusun Azərbaycandakı səfiri, həmçinin MDB-nin digər ölkələrinin səfirliklərinin nümayəndələri iştirak ediblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət