Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlar istədiyimizdən ləng, lakin məhsuldar keçir. Bu barədə Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib.
“Assosiativ saziş üzrə danışıqlar digər ölkələrə nisbətən ləng gedir. Bununla yanaşı, iki il danışıqlar ərzində biz bu sazişin 28 bəndindən 15-ni razılaşdırdıq. Üç bənd isə razılaşdırılmağa çox yaxındır”, - deyə R.Kobia bu günlərdə açıqlanan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində ölkəmizlə münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunan hesabatı şərh edərək bəyan edib.
R.Kobia bildirib ki, təhsil, gənclər, nəqliyyat, turizm, dənizçilik və balıqçılıq, iqtisadi dialoq, vergitutmalar, ətraf mühitlə bağlı bəndlər razılaşdırılıb.
O məlumat verib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların növbəti plenar iclası iyunda Brüsseldə keçiriləcək.
Azərbaycanın Avropa Ittifaqı ilə münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunan illik hesabatın məzmunu barədə danışaraq R.Kobia qeyd edib ki, burada respublikanın nailiyyətləri, həm Brüsselin təkmilləşdirməyi məsləhət gördüyü sfahələr öz əksini tapıb.
Tərəqqi xüsusilə yoxsulluqla mübarizə, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, Gömrük Məcəlləsinin qəbulu, Azərbaycan və Aİ arasında ticarətin artırılması, energetika əməkdaşlığının inkişafı, həmçinin viza rejiminin sadələşdirilməsinə dair danışıqların başlanğıcı sahəsində qeyd edilib.
Aİ həmçinin, Azərbaycanın mütəşəkkil cinayətlə, çirkli pulların yuyulması və digər cinayət növləri ilə mübarizəyə yönəldilən tədbirlərini alqışlayıb. “Azərbaycan hakimiyyətini terrorizmlə mübarizədə uğurları ilə təbrik etmək istəyirəm, çünki bu respublikanın mövcud olduğu mürəkkəb region üçün böyük nailiyyətdir”, - deyə o bildirib.
Brüsselin Azərbaycana təkmilləşdirməyi məsləhət gördüyü əsas məsələlərdən biri, yenidənqurma işlərinin keçirilməsi zamanı vətəndaşların hüquqlarının qorunması daxil olmaqla, insan hüquqları ilə bağlı vəziyyətdir, cəmiyyətin demokratlaşdırılması, məhkəmələrin müstəqilliyi, mətbuat və toplaşmaq azadlığıdır, bu isə böhtan haqqında qanunun qəbuluna ehtiyac olması ilə birbaşa bağlıdır. “Biz istəyirik ki, insanlar öz fikirlərini azad ifadə etməyə qorxmasınlar”, - deyə Aİ nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Aİ Azərbaycanın korrupsiya ilə mübarizədə müəyyən nailiyyətlərini qeyd edərək, bu istiqamətdə daha böyük nəticələrin təmin olunmasına ehtiyac olduğunu vurğulayır. “Dünyada elə nümunələr var ki, həmçinin, Azərbaycana yaxın ölkələrdə, onlar göstərir ki, bu problemi həll etmək mümkündür”, - deyə o vurğulayıb.
R.Kobia həmçinin bəyan edib ki, Aİ və Avropa Şurası Bakının razılığı olduğu halda Qeyri-hökümət Təşkilatları haqqında qanunun təkmilləşdirilməsinə dair respublikaya yardım göstərməyə hazırdır.
O, 2011-ci ilin dekabrında Azərbaycan Prezidentinin tərəfindən imzalanan “İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın bu sahədə vəziyyətin kompleks şəkildə təkmilləşdirilməsinə səbəb olacağına ümidvar olduğunu ifadə edib.
İqtisadi sahədə tövsiyələrə toxunaraq hesabatda Azərbaycan iqtisadiyyatının daha çox liberallaşdırılmasına ehtiyac olduğu bildirilir. Çünki bir sıra sahələrdə hazırki inhisarçılıq iqtisadiyyata və investisiyalara ziyan vurur. “Biz həmçinin, Ümumdünya Ticarət Təşkilatına üzv olmasına dair Azərbaycanın danışıqlarda daha böyük irəliləyiş görmək istəyərdik. Bildiyiniz kimi, Aİ assosiativ saziş üzrə danışıqlarla yanaşı Azərbaycana azad iqtisadi zonaya dair danışıqlara başlamağı təklif edib. Lakin bu danışıqların başlaması üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması əsas şərtdir”, - deyə o qeyd edib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət