Azərbaycanın işğal edilmiş ərazilərindəki nadir ağac növlərinin qırılması onları tamamilə məhv olmaq təhlükəsi altında qoyub.Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev belə bəyan edir.
“Ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal altına düşüb və bu ərazilərdə olan nadir ağac növləri tamamilə məhv olmaq təhlükəsi altındadırlar”.- deyə N.Quliyev bazar ertəsi Ombudsmanların X Beynəlxalq konfransında çıxışı zamanı bildirib
Onun sözlərinə görə,Azərbaycanın işğal edilmiş ərazilərində 460 min növ yabanı ağac və kol yetişir ki, onlardan 70-i endemik növdür.Bu ərazilərdə olan və adı Azərbaycan Respublikasaının “Qirmızı Kitab”ına salınmış 24 növ fauna və 27 növ bitki mühafizə olunurdu
Nazir müavini əlavə edib ki, 42 997 hektar xüsusi mühafizə olunan təbii zona erməni işğalı altındadır.”İşğal edilmiş rayonların ərazilərində 250 min hektar meşə sahəsi mühafizə olunurdu ki, bundan da 14 min hektar xüsusi mühafizə olunan meşələr idi”.- deyə N.Quliyev qeyd edib.
O əlavə edib ki, işğal edilmiş ərazilərdə regionin ekologiyqası üçün mühüm əhəmiyyət daşıyan göllər də antropagen təsirə məruz qalıb.Bundan başqa, Sərsəng su anbarının qəzalı vəziyyətdə olması ilə əlaqədar 400 min nəfər insan daimi təhlükə altında yaşayır.
N.Quliyev deyib ki, bu ərazilərdə illik su normasının yalnız 10-15% istifadə edilməsi əkilmiş sahələrin suvarılmasında problemlər yaradır ki, bu da yaşıllıqların məhv olmasına və ekoloji gərginliyə səbəb olur.” Bu səbəbdən bu gün yeddi rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir”.- deyə nazir müavini qeyd edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət