2012-ci il ərzində Azərbaycanın xarici ticarətdə müsbət saldosu $14 mlrd. 255 mln. 102,01 min təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 15,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata əsasən, 2012-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi $33 mlrd. 560 mln. 842,37 min təşkil edib (azalma 7,61%).
Bununla yanaşı, hesabat ilində ixracın həcmi $23 mlrd. 907 mln. 972,19 min (azalma 10,02%), idxal isə $9 mlrd. 652 mln. 870,18 min (azalma 1,06%) təşkil edib.
İxrac strukturunda 84,63% xam neftin, 5,53% neft məhsullarının, 2,71% - təbii qazın, 0,93% bitki və heyvan mənşəli yağların, 0,47% - qara metal və onlardan məmulatların, 1,11% - meyvə-tərəvəz məhsullarının, 0,73% - kimya məhsullarının, 0,09% spirtli və spirtsiz içkilərin payına düşüb.
İdxal strukturunda maşın və elektrik avadanlıqlarının, o cümlədən onların ehtiyat hissələrinin payına 27,24%, ərzaq məhsullarının – 11,02%, nəqliyyat vasitələrinin 14,65%, qara metal və onlardan hazırlanan məmulatların – 13,58%, əczaçılıq məhsullarının – 2,5%, mebelin - 1,04%, ağac və ağac məmulatlarının payına 2,84% düşüb.
2012-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (23,21%), Fransa (7,43%), Hindistan (7,91%), İndoneziya (7,35%), idxal əməliyyatlarını isə Türkiyə (15,75%) Rusiya (14,28%), Almaniya (8,08%), ABŞ (7,41%) ilə həyata keçirib.
Hesabat ilində xarici ticarət əməliyyatlarına 3884 dövlət və özəl müəssisə və 4778 fiziki şəxs iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət