Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) respublikada özəl müəssisələrin birbaşa maliyyələşdirilməsində daha fəal iştirakına ümid edir. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında qeyd edilir.
Məlumatda bildirilir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev AYİB Direktorlar Şurasının üzvlərini qəbul edib.
Görüşdə Ş.Mustafayev qeyd edib ki, indiyədək AYİB 117 layihənin reallaşdırılmasına $2,1 mlrd. kredit ayırıb. Nazir AYİB-in Azərbaycandakı kredit portfelinin diversifikasiyası üçün potensialın mövcudluğunu vurğulayıb.
Ş.Mustafayev Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafı, sənaye parklarının fəaliyyətinin dəstəklənməsi üçün AYİB-in imkanlarından istifadənin vacibliyini qeyd edib.
Nazir, həmçinin AYİB-i Azərbaycanda özəl müəssisələrin birbaşa maliyyələşdirilməsini və kommersiya strukturlarının səhm kapitalında iştirakını genişləndirməyə çağırıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Hazırda bankın Azərbaycanda layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət