ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyası respublikada fəaliyyətə başlayıb. Bu barədə missiyanın rəhbəri Tana de Zulueta bəyan edib.
“Bu, ATƏT DTİHB-in Azərbaycanda müşahidə edəcəyi sayca doqquzuncu seçkilər olacaq”, - deyə o, cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ATƏT DTİHB müşahidə missiyasının indiki tərkibi 9 ölkəni təmsil edən 12 nəfərdən ibarətdir.
Tana de Zulueta qeyd edib ki, missiya növbəti seçkilərlə bağlı bütün prosesləri izləyəcək.
“İki ay ərzində biz Azərbaycanda baş verən bütün prosesləri izləyəcəyik: namizədlərin qeydə alınması ilə bağlı vəziyyət, partiyaların fəaliyyəti, seçkiqabağı təşviqat, səsvermə prosesləri müşahidə olunacaq. Biz müxtəlif dairələr, o cümlədən KİV nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırırıq”, - deyə missiya rəhbəri əlavə edib.
Onun sözlərinə görə, bu dövr ərzində missiya Azərbaycanda prezident seçkiləri ilə bağlı iki aralıq hesabat hazırlayacaq. Səsvermədən bir gün sonra ilkin hesabat hazırlanacaq, yekun hesabat seçkilərdən 8 həftə sonra dərc olunacaq.
“Biz seçkilərdə xüsusilə KİV-lərlə bağlı işi diqqət mərkəzində saxlayacağıq”, - deyə o vurğulayıb.
Sentyabrın 30-da ATƏT DTİHB-in müşahidə missiyasına 16 ölkəni təmsil edən 30 nəfərdən ibarət uzunmüddətli missiya da qoşulacaq
“ATƏT DTİHB-in 280 müşahidəçidən ibarət qısamüddətli missiyası da prosesə qoşulacaq. DTİHB müşahidə misiyası oktyabrın 19-na qədər Azərbaycanda qalmağı planlaşdırır, lakin seçkilərin ikinci turunun keçiriləcəyi halda missiya öz işini yerinə yetirmək üçün daha çox qala bilər”, - deyə Tana de Zulueta bildirib.
Missiyanın Azərbaycana respublika rəhbərliyinin dəvəti ilə gəldiyini bildirən T.Zulueta qeyd edib ki, bununla əlaqədar olaraq DTİHB müşahidə missiyasının ölkədə seçki prosesinin bütün gedişatını izləmək imkanı olacaq.
Tana de Zulueta söyləyib ki, seçkilərin monitorinqi üzrə missiya başa çatdıqdan sonra Azərbaycanın beynəlxalq öhdəlikləri yerinə yetirməsi səviyyəsi qiymətləndiriləcək.
“Müşahidələrin yekunları üzrə biz hesabatda ölkənin beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə qiymət verəcəyik”, - deyə müşahidə missiyasının rəhbəri vurğulayıb.
“Müşahidələrin yekunları üzrə biz hesabatda ölkənin beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə qiymət verəcəyik”, - deyə müşahidə missiyasının rəhbəri vurğulayıb.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət