Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür lazımi şərait yaradılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Təşviqat kampaniyası dövrünə toxunan MSK sədri qeyd edib ki, prezidentliyə bəzi namizədlər İctimai Televiziyada təşkil edilmiş teledebatlarda xoşagəlməz hərəkətlərə və siyasi rəqiblərinin ünvanına təhqiramiz ifadələrə yol veriblər.
“Ümid edirəm ki, növbəti prezident seçkilərində namizədlər bu günlərdə debatlar zamanı şahidi olduğumuz səhvlərə yol verməyəcəklər”, - deyə o qeyd edib.
MSK sədrinin sözlərinə görə, Azərbaycanda təxminən 5,145 mln. nəfərin səsvermə hüququ var.
“Azərbaycanlı seçicilər seçkilər zamanı 5492 seçki məntəqəsində səs verə biləcəklər. Bu məntəqələrdən 5273-ü daimidir. Qalan 219-u seçkilərə beş gün qalmış ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən diplomatik missiyalarda, eləcə də Azərbaycan ərazisindəki hərbi hissələrdə, Xəzər Dəniz Gəmiçiliyinin strukturlarında, neft platformalarında yaradılmış müvəqqəti məntəqələrdir”, - deyə M.Pənahov bildirib.
MSK sədri Məkkəyə Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların səs verməsi üçün yaradılan şəraitə görə Səudiyyə Ərəbistanı rəhbərliyinə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, səsvermə prosesinin şəffaflığının təmin edilməsi məqsədilə seçki məntəqələrinin 20%-də, dəqiq desək, 1 min məntəqədə veb-kameralar quraşdırılıb.
MSK sədri vurğulayıb ki, Azərbaycanın bütün seçiciləri prezident seçkilərində maneəsiz iştirak edə biləcəklər. Adı seçici siyahısında olmayan seçici isə məntəqəyə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.
“Azərbaycanda prezident seçkilərinin monitorinqini 52 minə yaxın yerli və 1400-ə yaxın beynəlxalq müşahidəçi həyata keçirəcək”, - deyə M.Pənahov bildirib.
Onun sözlərinə görə, 1280 beynəlxalq müşahidəçi, eləcə də 100-ə yaxın beynəlxalq KİV orqanı nümayəndələri MSK-da qeydiyyatdan keçiblər.
“Beləliklə, seçkilərin şəffaflığının təmin olunması üçün hər cür şərait yaradılıb. Hər seçki məntəqəsinin payına orta hesabla ona yaxın müşahidəçi düşür, bu isə seçki prosesinin şəffaflığını və demokratikliyini təmin etməyə imkan verir”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov seçkiqabağı dövrdə, seçkilər zamanı və seçkilər keçirildikdən sonra ictimai asayişin təmin olunması nöqteyi-nəzərindən polislərin peşəkar bacarıqlarının inkişaf etdiyini də qeyd edib.
“Son illər seçkilərin keçirilməsi dövründə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən şikayətlərin əhəmiyyətli dərəcədə azalması faktı bizi sevindirməyə bilməz”, - deyə o bildirib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət