2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 5,1% - $35 mlrd. 877,5 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında bildirilir.
“2013-cü ildə fondun gəlirləri 13 mlrd. 600,5 mln. manat, xərcləri 12 mlrd. 302,7 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Fondun gəlirlərinin strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 13 mlrd. 108 mln. manat, tranzit gəlirləri 8,1 mln. manat, bonus ödənişləri 1,9 mln. manat, akrhesabı ödənişlər 1,8 mln. manat, xarici investorlar tərəfindən verilmiş aktivlərdən daxilolmalar 0,1 mln. manat təşkil edib.
2013-cü ildə fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 480,6 mln. manat təşkil edib.
Hesabat ilində fondun xərclərinin strukturunda ən çox məbləğ - 11 mlrd. 350 mln. manat
dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqınların yaşayış şəraitinin yaxşılaşmasına 300 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 mln. manat, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə 25,7 mln. manat, Türkiyədə STAR NEZ-in tikintisinə 372,6 mln. manat yönəldilib, fondun idarə edilməsi üzrə inzibati xərclər 47,5 mln. manat təşkil edib. Qalan xərclər digər məqsədlərə sərf edilib.
Valyuta aktivlərinin təkrar qiymətləndirilməsi ilə əlaqədar ARDNF-in büdcədənkənar gəlirləri 43 mln. manat təşkil edib.
2012-ci ilin I rübündən fond qızılın alışına başlayıb və 1 yanvar 2014-cü il tarixinə 30 ton 175 kq qızıl alıb.
Fondda neft müqavilələrinin reallaşmasından, dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
ARDNF rübdə bir dəfə öz gəlirləri və xərcləri barədə hesabat verir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət