2006-2013-cü illərdə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 13,602 min nəfər ipoteka krediti götürüb.Bu barədə AİF-in saytında məlumat verilib.
AİF-in məlumatına əsasən, 2007-2013-cü illərdə fondun xətti ilə 2,385 min güzəştli (sosial) ipoteka krediti verilib.
Ümumilikdə, 2006-2013-cü illərdə AİF 430 mln. 900 min manat məbləğində ipoteka krediti , o cümldədn 351 mln. 167,838 min manat kommersiya ipoteka krediti, 79 mln. 732,573 min manat sosial ipoteka üzrə təkrar maliyyələşdirmə həyata keçirib.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 95,1%-i çoxmərtəbəli binalarda mənzil alınması, 4,9%-i fərdi evlərin alınması ilə bağlı olub.İpoteka kreditlərinin 40,4%-i 40-60 kv metr sahəsi olan mənzillərin, 26,2%-i 60-80 kv metr sahəsi olan mənzillərin, 11,7 %-i 80-100 kv metr olan mənzillərin, 9,6%-i 40 kv. metrdən az, 6,9%-i- 120 kv metrdən çox, 5,3 %-i 100-120 kv metr olan mənzillərin alınması üçün verilib.
Ümumilikdə, ipotekaya götürülmüş mənzillərin 64,3%-i 30-60 min manat, 27,1%-i 60-90 min manat, 3,9%-i 30 min manat, 3,2%-i 90-120 min manat, 1,6%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Fondun məlumatına əsasən, AİF 2006-2013-cü illərdə ipoteka kreditləri vermək üçün dövlət büdcəsindən 176 mln. manat vəsait alıb.Bundan başqa, fonda ipoteka kreditlərinin verilməsi üçün özünün ipoteka kağızlarının yerləşdirilməsindən 300 mln. manat əldə edib..
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət