Dağlıq Qarabağ kimi münaqişələrin həlli yollarına təkrar baxılmalıdır. Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin buna əmindir.
“Dağlıq Qarabağ münaqişəsi Sovet dövrünün ağrılı irsidir və dünyanın bu hisssində ən qədim münaqişələrdən biridir. Təkcə Dağlıq Qarabağ deyil, həm də ətraf 7 kənd Ermənistan tərəfindən işğal olunub. ATƏT-in Minsk Qrupu isə artıq 22 ildir onun həlli üzərində işləyir, lakin indiyədək hansısa nəticələr əldə edə bilməyib. Bu səbəbdən bu cür münaqişələrin həlli yollarını təkrar gözdən keçirmək lazımdır”, - deyə H.Çətin bazar ertəsi Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı bəyan edib.
Sabiq nazirin qənaətinə görə, qərarın birinci mərhələsinin həyata keçirilməsini Dağlıq Qarabağ ətrafında beş rayonun azad edilməsindən başlamaq lazımdır.
“Birinci mərhələdə Ermənistan qoşunlarının beş rayondan çıxarılmasına nail olmaq lazımdır. Bu, regionda sülhün təminatı üçün mühüm mərhələ olacaq. Bunu həm Minsk Qrupu, həm də münaqişənin həlli üzrə yeni mexanizm çərçivəsində həyata keçirmək mümkündür. Əgər sülh yolu ilə həll edə bilməsək, o zaman Ermənistan gələcəkdə çox mürəkkəb vəziyyətlə qarşılaşa bilər. Çünki ərazilər uzun müddət işğal altında qala bilməz”, - deyə H.Çətin vurğulayıb.
“Mən erməni xalqını və hökuməti öz mövqeyini təkrar gözdən keçirməyə, nəyi itirdikləri və münaqişənin həlli ilə nə qazanacaqları barədə düşünməyə çağırıram. Bugünkü Ermənistana nəzər yetirsək, bu ölkənin çox pis vəziyyətdə olduğunu görərik. Birgə layihələrdə əməkdaşlıq lazımdır. Problemin həllindən sonra Azərbaycan bu prosesə rəhbərlik edə bilər. Bizim bir çox enerji və digər layihələrimiz var. Gələcəkdə münaqişənin həllindən sonra bura Ermənistanı da daxil etmək olar”, - deyə sabiq nazir qeyd edib.
O bildirib ki, nizamlanma məsələsində Rusiya və Avropa Birliyi real köməklik edə bilər.
“Mən onları vəziyyəti diqqətlə nəzərdən keçirməyə və tezliklə tədbirlər görməyə çağırıram, çünki nəticələr region üçün çox mənfi ola bilər. Ətrafda baş verənlərə nəzər salın. Lakin regionda sabitləşməni Dağlıq Qarabağ münaqişəsinin həllindən başlamaq lazımdır”, - deyə Türkiyənin keçmiş XİN başçısı bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət