Siyasətdə ikili standartların tətbiqinin dayandırılması, ədalətin real olaraq bərpası, dövlətlərin işğal olunmuş ərazilərinin beynəlxalq qanunvericilik əsasında qaytarılması ilə bağlı məsələləri ABŞ-ın iştirakı olmadan həll etmək çətindir. Bu barədə Milli Məclisin deputatı Səməd Seyidov bəyan edib.
“Buna görə də biz burada müraciət edirik ki, əgər biz bu gün beynəlxalq hüququn necə tapdandığını görürüksə, o zaman Amerika bu məsələdə çox fəal mövqe tutmalı və buna imkan verməməlidir”, - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov Vaşinqtonda “Azərbaycan-ABŞ: Gələcəyə baxış” mövzusunda keçirilən üçüncü forum (US - Azerbaijan Convention 2014) çərçivəsində “Lider” telekanalına bildirib.
“Azərbaycan elə bir dövlətdir ki, biz onunla dost olmalıyıq. Amerika anlamalıdır ki, Azərbaycan regionun sabitlik adasıdır. Mən Xocalı soyqırımına dair qətnamənin qəbul olunduğu ABŞ-ın Tennesi ştatını təmsil edirəm. Düşünürəm ki, Azərbaycanın ədalətli səsinə daha çox dəstək vermək lazımdır”, - deyə Tennesi ştatının nümayəndəsi Co Touns tədbir çərçivəsində bildirib.
Forumda qeyd olunub ki, Vaşinqtonun tərəfdaşları sırasında siyasi və iqtisadi nöqteyi-nəzərdən güclü Azərbaycanın olması ABŞ-ın özünün marağındadır.
Tədbir iştirakçıları vurğulayıblar ki, Vaşinqton Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın və “Cənub Qaz Dəhlizi”nin rolunu yaxşı anlayır və qiymətləndirir.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyət daşıyır və iqtisadi və enerji diversifikasiyasına, həmçinin regional əməkdaşlığa xidmət göstərir”, - deyə konqresmen Lyuk Messer bildirib.
Keçmiş respublikaçı konqresmen Den Barton, öz növbəsində Azərbaycanı ABŞ-ın yaxşı dostu adlandırıb.
“ABŞ-ın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, beynəlxalq terrorçuluqla mübarizəyə töhfə verən və Əfqanıstanda sabitlik və təhlükəsizliyin bərpasında səyləri dəstəkləyən Azərbaycanla münasibətləri genişləndirməsi çox vacibdir”, - deyə o vurğulayıb.
Vermont ştatının nümayəndəsi Cen Osallivan ikitərəfli münasibətlərin gələcəkdə inkişafı nöqteyi-nəzərindən forumun mühüm əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində müxtəlif, xüsusilə enerji təhlükəsizliyinin təminatı sahəsində ikitərəfli əməkdaşlığın inkişaf məsələləri müzakirə olunur.
«US - Azerbaijan Convention 2014» forumunda Azərbaycan tərəfdən Milli Məclisin deputatları, bir sıra nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri dini icmasının
rəhbəri Milix Yevdayev və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.
.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət