2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $4 mlrd. 421 mln. 398,03 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $9 mlrd. 890 mln. 903,95 min (azalma 14,46%) təşkil edib.
Bununla yanaşı, 2014-cü ilin yanvar-aprel aylarında ixracın həcmi $7 mlrd. 156 mln. 150,99 min (azalma 14,98%), idxalın həcmi $2 mlrd. 734 mln. 752,96 min təşkil edib (azalma 13,07%).
İxracın strukturunda 85,92% neftin, 4,59% neft məhsullarının, 2,46% təbii qazın, 0,46% meyvə-tərəvəz məhsullarının, 0,13% çayın, 1,13% bitki və heyvan mənşəli yağların, 0,9% qəndin, 0,15% spirtli və spirtsiz içkilərin, 0,4% kimya məhsullarının, 0,05% pambıq lifinin, 0,2% qara metal və ondan hazırlanan məmulatların, 0,37% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 12,41% ərzaq məhsullarının, 4,25% tütün və tütün məhsullarının, 1,37% sementin, 2,52% əczaçılıq məhsullarının, 2,66% plastmas və ondan hazırlanan məmulatların, 1,52% odun və agac məhsullarının, 9,71% qara metal və ondan hazırlanan məmulatların, 32,68% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,24% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,9% mebelin payına düşüb.
Yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 2 513 dövlət və özəl müəssisə və 1035 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (25,84%), İndoneziya (13,17%), Almaniya (9,12%), İsrail (7,18%) və Fransa (6,8%), idxal əməliyyatlarını isə Rusiya (15,1%), Türkiyə (14,01%), ABŞ (9,8%), Almaniya (7,9%) və Çin (7,2%) ilə həyata keçirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət