Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, 2015-ci ildə Bakıda təmirsiz məktəb qalmayacaq.
“Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”na əsasən, 2016-cı ilə kimi bütün məktəblərin təmiri və tikintisi nəzərdə tutulur. Lakin düşünürəm ki, gələn il Bakıda bir dənə də təmirsiz məktəb qalmayacaq”, - deyə dövlət başçısı Şağan qəsəbəsində 124 saylı yeni tam orta məktəbin açılışında bəyan edib.
Prezidentin sözlərinə görə, yeni dərs ili ərəfəsində Bakının 20-dən artıq məktəbində olub.
“Bu il Bakıda 30-a yaxın məktəb təmir olunaraq istifadəyə verilib. Ölkə üzrə 178 məktəb təmir və inşa edilib”, - deyə İ.Əliyev vurğulayıb.
Son 10 il ərzində Azərbaycanda 2900 məktəbin inşa və təmir edildiyini deyən prezident bunu tarixi nailiyyət adlandırıb.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda ümumilikdə 4,5 min məktəb fəaliyyət göstərir.
“Əfsuslar olsun ki, regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəblər var, ancaq onların sayı azalır. Bakıda da təmirə ehtiyacı olan məktəblər var. Bu, çox vacib məsələdir, çünki uşaqlar təhsil almalı, müəllimlər isə yaxşı məktəblərdə dərs deməlidirlər. Müəllimlərin iş şəraiti yaxşı olmalıdır”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, bu gün Azərbaycanda təhsil sahəsinə ciddi diqqət ayrılır, ölkədə təhsil siyasəti həyata keçirilir.
“İlk növbədə təhsil sisteminin güclü maddi-texniki bazası olmalıdır. Biz çox arzu edirik ki, təhsilin keyfiyyəti yüksəlsin, bu mənada həyata keçirilən islahatların böyük rolu var”, - deyə dövlət başçısı vurğulayıb .
O, həmçinin təhsil prosesi, o cümlədən ixtisaslı pedaqoji kadrların hazırlanmasının yüksək səviyyəsinin təminatının əhəmiyyətini qeyd edib.
“Uşaqlar başa düşməlidirlər ki, gələcəkləri öz əllərindədir. Müəllimlər uşaqları düzgün tərbiyə etməlidir. Ölkənin gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır. Elm, təhsil və texniki tərəqqiyə böyük önəm verən ölkələr uğurla inkişaf edir”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda təhsillilik yüksək səviyədədir.
“Bizdə təhsilsiz insanlar yoxdur və bu, böyük üstünlükdür. Lakin bu gün yeni texnologiyalar tətbiq olunur. Elm və təhsilin inkişafı ölkəmizin davamlı inkişafını təmin edəcək”, - deyə dövlət başçısı bildirib.
Prezident Azərbaycanda yetişən nəslin milli ruhda böyüyərək inkişaf etməsinin və vətəninə və xalqına bağlı olmasını arzu edib.
“Bunun üçün məktəblər və ailələr uşaqları düzgün tərbiyə etməlidir”, - deyə İ.Əliyev vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət