Azərbaycan terrorla mübarizə və dünyanın müxtəlif hissələrində, o cümlədən Əfqanıstanda sülhün dəstəklənməsi üzrə səylər də daxil olmaqla, təhlükəsizlik məsələlərində regionda ABŞ-ın ən mühüm müttəfiqidir. Bu barədə amerikalı diplomat Robert Sekuta bəyan edib.
“Namizədliyimin təsdiq olunacağı təqdirdə mən, həmçinin bir çox digər təhlükəsizlik sahələrində, o cümlədən sərhəd təhlükəsizliyi, insan alverinin yayılmaması və qarşısının alınması problemi üzrə əməkdaşlığımızın səmərəliliyinin artırılması istiqamətində çalışacam”, - deyə R.Sekuta sentyabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinin təsdiq olunması üzrə Senatın Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
O, həmçinin respublikanın enerji marşrutlarının diversifikasiyası və infrastruktur təhlükəsizlyinin möhkəmlənməsi, o cümlədən demokratik institutların inkişafına yardım göstərilməsi də daxil olmaqla, energetika sahəsini Azərbaycanda fəaliyyətinin prioritetləri sırasında olduğunu deyib.
“Azərbaycan zəngin tarixə malik olan ölkədir və parlaq və çiçəklənən gələcək üçün potensiala malikdir. Azərbaycanla münasibətlərimiz yalnız bizim ölkələrimiz üçün deyil, həm də Azərbaycanın qonşuları və bütövlükdə region üçün çox vacibdir. ABŞ və Azərbaycan sabit, demokratik və inkişaf edən, ABŞ-la və Avropadakı dost və müttəfiqlərimizlə strateji cəhətdən bağlı olan Azərbaycandan yalnız qazanacaq”, - deyə diplomat bəyan edib.
R.Sekuta xatırladıb ki, Azərbaycan 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublika yaradıb. Burada qadınlara səsvermə hüququ verilmişdi. “Bu respublika 1920-ci ildə süquta uğradı, lakin azərbaycanlılar bu ənənə ilə fəxr edə bilərlər”, - deyə o vurğulayıb.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət