Cümə günü Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə taktiki təlimlərə başlayır.
Müdafiə Nazirlyinin məlumatına əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası vasitələri dünən Azərbaycana gəlib.
Cümə günü keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.
Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən, 13-20 sentyabr tarixlərində respublikada Türkiyə ilə birgə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri keçirilir.
Təlimlərə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri və Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri, respublikanın 30 min nəfər şəxsi heyəti, həmçinin ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli cəlb olunub.
F.İsazadə
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət