Azərbaycan prezidenti İlham Əliyev Qarabağ məsələsində Bakını dəstəklədiyinə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib.
“Türkiyə hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan ədalətli mövqe nümayiş etdirib. Təbii ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənməsi regiona sülh və geniş əməkdaşlıq gətirəcək”, - deyə İ.Əliyev cümə günü Bakıda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə brifinqdə bildirib.
“Bu əməkdaşlıq mövcuddur, lakin Ermənistan yürütdüyü təcavüzkar siyasət səbəbindən həmin əməkdaşlıqdan təcrid olunub. Bu gün Ermənistanın iştirakı olmadan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənubi Qafqaz qaz kəməri layihələri və digər təşəbbüslər həyata keçirilir”, - deyə dövlət başçısı əlavə edib.
O vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinə dəyişikliklər etmək niyyətində deyil.
“İstənilən halda biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik və münaqişənin tezliklə nizamlanması üçün bütün səyləri göstərəcəyik”, - deyə dövlət başçısı bildirib.
Prezident, həmçinin qeyd edib ki, Ə.Davudoğluna Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət barədə məlumat verib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik. Mən danışıqlar prosesində mövcud vəziyyət barədə məlumat verdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Torpaqlarımız işğal altında qalmaqda davam edir”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur və onu açıq şəkildə pozur.
“BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmiş (Qarabağ münaqişəsinə dair - İF-Az) ən mötəbər beynəlxalq qurumdur. Ermənistan isə sadəcə olaraq onlara məhəl qoymur. Ərazimizin 20%-i işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Əfsuslar olsun ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir, beynəlxalq hüquq isə Ermənistan tərəfindən pozulur”, - deyə İ.Əliyev qeyd edib. O, münaqişənin qəbul olunan qətnamələr əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağına əminlik ifadə edib.
“Əminəm ki, gün gələcək, Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək”, - deyə prezident bəyan edib.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət