Prezident İlham Əliyev əmindir ki, TAP, TANAP və “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihələrinin uğurla reallaşması regionda əməkdaşlıq üçün yeni şərait yaradacaq.
“Bu layihələr bizim siyasi və iqtisadi maraqlarımızı təmin edəcək. Burada kifayət qədər çoxlu sayda dövlət iştirak edir. Və beləliklə, Türkiyə və Azərbaycan həmin layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa öz töhfələrini verəcək”, - deyə İ.Əliyev cümə günü Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir.
“Bu, belə də olmalıdır, çünki xalqlarımız qardaş xalqlardır, biz əsrlər boyu bir-birimizin yanında olmuşuq. Və bu gün iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident Bakı ilə Ankara arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
“Bu ayın əvvəlində Türkiyə prezidenti Azərbaycanda rəsmi səfərdə olub, indi isə bu ölkənin baş naziri rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm.
Bu, münasibətlərimizin səviyyəsini əyani şəkildə göstərir”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə iqtisadi sahədə də uğurla əməkdaşlıq edir.
“Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə qoyuluşları həyata keçirərək həm öz maraqlarını təmin edir, həm də bir-birini gücləndirir. Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd.-a yaxın sərmayə qoymağı planlaşdırır. Eyni zamanda Türkiyədən Azərbaycan iqtisadiyyatına sərmayələr qoyulur”, - deyə İ.Əliyev vurğulayıb.
O, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”də və TANAP layihəsində Türkiyənin payının artırılmasını alqışlayıb, “çünki türk şirkətləri burada daha böyük paya malik olacaqlar”.
“TANAP cəmi iki il öncə icrasına başlanan Türkiyə-Azərbaycan layihəsidir, bu gün həmin layihə artıq reallaşır. Enerji sahəsində əlaqələrimiz yalnız iki ölkə üçün deyil, həm də bütün region və dünya üçün böyük önəm kəsb edir”, - deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, şənbə günü Azərbaycanda böyük tədbir keçiriləcək və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə başlanacaq.
“20 sentyabr bizim üçün tarixi bir gündür, çünki 20 il öncə məhz bu tarixdə “Əsrin müqaviləsi” imzalanıb. 20 il sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə ki, bu layihənin reallaşmasında Türkiyə və Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır”, - deyə İ.Əliyev vurğulayıb.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət