ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın Daxili İşlər Nazirliyi ilə birgə insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində çalışan Azərbaycanın hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin Macarıstana səfərini dəstəkləyir, bu barədə qurumun mətbuat xidməti xəbər verir.
Beş günlük təcrübə səfəri Layihə Əlaqələndiricisinin “İnsan alverinə qarşı mübarizə” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə uğurlu təcrübələrin mübadiləsi və çıxarılmış nəticələrin müzakirəsini dəstəkləməkdən ibarətdir.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi səfir Aleksis Şahtaxtinski: “ATƏT istismar və müasir köləliyin hər formasına qarşı Azəbaycanın mübarizə səylərini dəstəkləyir. İnsan alveri ATƏT regionunda transmilli təhdiddir və biz 25 iyul 2014-cü il tarixində Azərbaycan Prezidentinin təsdiqlədiyi üçüncü Milli Fəaliyyət Planının icrasında Azərbaycana köməklik göstəririk. İnanıram ki, ATƏT-in iştirakçısı olan digər dövlətlərin uğurlu təcrübələrinin mübadiləsi insan alverinin qarşısının alınması və təqibi, eləcə də insan alveri qurbanlarının müdafiəsində daha da irəliləmək üçün Azərbaycana kömək edəcək.”
Azərbaycan nümayəndə heyətinə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin üç vətəndaş cəmiyyəti təşkilatının nümayəndələr daxildir. Onlar Macarıstanın Daxili İşlər Nazirliyi, Milli Təhqiqat Bürosu, İctimai İdarəçilik və Ədliyyə Orqanı, həmçinin İnsan Alveri Qurbanlarına Dəstək Xidməti, Ailə və Sosial Siyasət İnstitutu, Milli Böhran Telefon Məlumat Mərkəzi və digər hökumət agentlikləri ilə görüşlər keçirəcəklər.
Azərbaycanlı və macar mütəxəssislər insan alveri qurbanlarına mümkün dəstək və yardım mexanizmləri, eləcə də milli tövsiyə mexanizmlərinin tətbiqi, insan alveri qurbanlarının müəyyən edilməsi prosedurları, cinsi və əmək istismarı məqsədi daşıyan insan alverinin təhqiq və təqib olunması məsələlərini müzakirə edəcəklər.
Nümayəndə heyəti həmçinin Mosonmagyarovar şəhərində insan alveri qurbanları üçün olan sığınacağı ziyarət edəcək.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət