Azərbaycan Xarici İşlər Nazirliyi bazar ertəsi Londonda açılan illik “World Travel Market” beynəlxalq sərgisində Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etmək cəhdinin qarşısını almaq üçün tədbirlər görüb.
“Buna yol verməmək üçün Azərbaycan tərəfi bütün zəruri tədbirləri görüb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Daha əvvəl mətbuatın yaydığı məlumata əsasən, Ermənistan nümayəndə heyəti sərgidə Ermənistan ərzisi kimi təqdim edilən Qarabağ haqqında foto və mətn məlumatından ibarət stendi milli seksiyaya daxil etməyi planlaşdırır.
Öz növbəsində Azərbaycan XİN-in mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyevin bazar ertəsi verdiyi şərhdə bildirilir ki, Azərbaycanın Londondakı səfirliyi və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq
qrupuna daxil olan britaniyalı deputatlar tərəfindən atılan müvafiq addımlara cavab olaraq sərginin təşkilatçısı olan “Reed Exhibitions” şirkəti bəyan edib ki, heç bir halda separatçı rejimə ekspozisiyada ayrıca stend təqdim etməyəcək. Bundan başqa, həmin rejimi təmsil edən “Qarabağ turizminin inkişafı üzrə İdarə”yə sərgidə iştirak etmək üçün rəsmi qaydada icazə verilməyib.
Azərbaycan səfirliyi Böyük Briyaniya XİN və sərgi təşkilatçısı ilə bu məsələ ilə bağlı işi davam etdirir.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət