Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə hər iki ölkənin prezidentlərinin görüşlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu qeyd olunaraq, Azərbaycan və İran İslam Respublikası arasında olan əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini qeyd edərək, Azərbaycan və İran İslam Respublikası arasında olan dostluq və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini demişdir.
İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin qonşu dövlət olaraq, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Tehrana səfərinin əlaqələrimizin inkişafına xüsusi təkan verdiyini demişdir.
Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi əsnasında nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün regionun inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirmişdir. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edərək dəyişdirilməsinin BMTnizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır.
İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalı olduğunu bildirmişdir.
Görüş əsnasında hökumətlərarası müştərək komissiya çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət