Rəsmi Bakı Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar narahatdır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salber ilə görüşü zamanı bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü Bakıda keçirilən görüşdə
nazir beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini vurğulayıb.
H.Salber həmkarına azərbaycanlı girovların azad edilməsi məsələsini Ermənistan tərəfinin qarşısında qaldırılacağına dair söz verib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 mindən artıq şəxsin itkin düşdüyünü deyən E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilərdi.
E.Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb.
D.Əsgərov və Ş.Quliyev 2014-cü ilin iyul ayının əvvəlində işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Digər azərbaycanlı Həsən Həsənov isə öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti 2014-cü il oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
Separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə” D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət