Avrasiya Universitetlər Birliyi (EURAS) və Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti,Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə BANM-də olub və ali məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.
Görüş zamanı E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və ali məktəbdə tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib. O, həmçinin BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə dair verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilində müxtəlif beynəlxalq şirkətlərin rolundan bəhs edib. Rektor, ali məktəbin Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlərlə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
EURAS-ın prezidenti, professor Mustafa Aydın BANM-ə aldığı dəvət üçün E.Qasımova təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M.Aydın EURAS-ın 2008-ci ildəİstanbuldatəsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib
Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüd proqramları, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa, M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsini nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət