Azərbaycana işğal altında olan torpaqların azad edilməsi məqsədilə müharibəyə başlamağa heç nə mane ola bilməz, eyni zamanda bir sıra amilləri nəzərə almaq lazımdır. Politoloq, keçmiş diplomat Fikrət Sadıxov belə hesab edir.
“Prinsip etibarilə, bizə heç nə mane olmur. Biz bunu istənilən zaman edə bilərik. Əslində, biz bunu etmək iqtidarında olduğumuzu heç zaman gizlətməmişik. Lakin, eyni zamanda Ermənistanın arxasında kimin dayandığını yaxşı anlayırıq”, - deyə F.Sadıxov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, bu addımı atmadan öncə Bakı “hər şeyi ölçüb biçməli, düşünməli və təhlil etməlidir”.
“Razılıqları olmasa belə, aparıcı dövlətlərin nisbətən sakit reaksiyası lazımdır. ATƏT-in Minsk Qrupunun özünün, digər beynəlxalq strukturların. Əlbəttə ki, bunun üçün diplomatik hazırlıq, aparıcı dövlətlərlə işləmək lazımdır. Təbliğat fəaliyyətinə başlamalı, gərginliyi azaltmamalı və bunun üçün təməl hazırlamalıyıq”, - deyə o qeyd edib.
F.Sadıxov vurğulayıb ki, bu və ya digər münaqişə meydana gəldiyi zaman bu məsələlərə dair dünyanın aparıcı ölkələrin mövqeyi hər kəsə məlumdur, “onların hansı üsullardan istifadə etdiyi də məlumdur, necə ki maraqlarına cavab verməyən faktları bəzən qəbul etmirlər”.
“Ölkələrin əksəriyyəti bu problemin mahiyyətini yaxşı anlayırlar və çətin ki Azərbaycanın addımlarına qarşı xüsusi cəhdlə çıxış edəcəklər”, - deyə politooq hesab edir.
Onun sözlərinə görə, bununla yanaşı, proses pik nöqtəsinə çatmayıb, “ancaq düşünürəm ki, hər şey buna doğru gedir”.
“Əgər bu cür vəziyyət davam edərsə, nəticədə partlayış baş verəcək”, - deyə F.Sadıxov vurğulayıb ki, Azərbaycanın malik olduğu silahlar bir çox məsələləri həll etməyə imkan verir.
Onun fikrincə, İrəvanda formalaşan vəziyyəti anlamalıdırlar.
“Düşünürəm ki, bu cür mövqe (Bakının torpaqları azad etmək niyyəti - İF-Az) İrəvanın özündə də hakimiyyətdə laqeydliklə qarşılanmır. Onlar bunu anlamalıdırlar”, - deyə o bildirib.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət