Avropa İttifaqı Azərbaycanın Milli Məclisə seçkiləri demokratik və azad şəraitdə keçirəcəyinə ümid edir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bəyan edib.
“Biz ümid edirik ki, seçkilər uğurlu və məhsuldar olacaq”, - deyə T.Pilts Aİ və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə seçkilərə dair müraciətlərə həsr olunmuş seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəffaf və azad seçkilərin keçirilməsi Aİ üçün prioritet təşkil edir.
“Demokratiyaya bir gecədə nail olmaq olmaz. Azərbaycan artıq 25 ildir demokrtiyanın inkişaf etdirilməsi istiqamətində irəliləyir. Avropa da bu istiqamətdə uzun yol keçib. Buna görə Aİ demokratiya yolunda maneələri aşmaq və problemləri həll etmək məqsədi ilə Azərbaycana dəstək göstərmək üçün səylərini əsirgəmir”,- deyə T.Pilts qeyd edib.
Aİ nümayəndəsi Azərbaycanda seçki sisteminin inkişafında irəliləyişin olduğunu deyib.
“Biz Azərbaycanda seçkilərin keçirilməsi istiqamətində müsbət inkişafın olduğunu qeyd edirik. Bu məqsədlərlə texniki hazırlıq yaxşı səviyyədədir. Lakin eyni zamanda biz Azərbaycana Aİ-nin tövsiyələrini dinləməyi məsləhət bilirik ki, seçki prosesləri daha da təkmilləşsin”,- deyə T.Pilts vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət