ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot ştatın paytaxtı Ostin şəhərində Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova ilə görüşüb.
Səfir E.Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verdi, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında enerji, terrorçuluğa qarşı mübarizə və bir sıra digər sahələrdə həyata keçirilən səmərəli əməkdaşlıqdan danışdı. E.Süleymanov Azərbaycanın Texas ştatı arasında mövcud olan ənənəvi müsbət münasibətlərini qeyd edərək bu ştatda yaşayan çoxsaylı və fəal Azərbaycan icmasının Texasla Azərbaycan arasında təmasların genişlənməsinə səbəb olduğunu bildirdi. Bu kontekstdə diplomat 9 noyabr tarixində Bakı ilə qardaşlaşmış olan Hyuston şəhərində keçirilmiş “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı olduqca vacib mövzuya həsr olunmuş beynəlxalq konfransın və həmin gün keçirilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ziyafətin təşkilində “Azərbaycan Mərkəzi” və onun direktoru İ.Axundovanın yaxından iştirakını qeyd etdi.
Səfir həmçinin adıçəkilən tədbirdə Texas ştatının dövlət katibi Karlos Kaskosun iştirakı və onun qubernator Q.Əbbot adından Azərbaycanlılara ünvanlanmış təbrikini səsləndirməsinə görə həmsöhbətinə təşəkkürünü bildirdi.
Öz növbəsində İ.Axundova Texasda Azərbaycan icmasının fəaliyyəti və onlar tərəfindən keçirilən tədbirlər barədə danışdı.
Qubernator Əbbot Azərbaycanın ABŞ-a münasibətdə nümayiş etdirdiyi dostluğu yüksək qiymətləndirdiyini söylədi. Q.Əbbot Texasla ölkəmiz arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyərək bu münasibətlərin daha genişlənməsinə hazır olduğunu vurğuladı. Eyni zamanda o, Texasda yaşayan Azərbaycan icmasının ştatın inkişafına töhfəsini məmnunluq hissi ilə qeyd etdi.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət