Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilər tamamilə Azərbaycan xalqının iradəsini əks etdirib . Bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı söyləyib. Bu barədə Az TV dövlət kanalı məlumat verir.
Dövlət başçısı bildirib ki, parlament seçkiləri ədalətli və şəffaf şəraitdə keçirilib ki, beynəlxalq müşahidəçilər də bunu təsdiq ediblər.
“Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib. Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə verib”,- deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycanın uğurları ölkədə mövcud olan sabitliklə əlaqədardır.
Ölkədə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir.
O deyib ki, “bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcək”.
Prezident qeyd edib ki, islahatlar, korrupsiya və rüşvətxorluqla mübarizə davam etdirilməli, iqtisadiyyatın qeyr-neft sektoruna, regionlarda infrastruktur və sosial istiqamətli layihələrin həyata keçirilməsinə diqqət artırılmalıdır.
İ.Əliyev vurğulayıb ki, Bakı, o cümlədən istilik-enerji kompleksi sahəsində siyasəti sayəsində regionda liderlik nüayiş etdirir, bu da Avropanın enerji xəritəsinin dəyişməsinı səbəb olur. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ölkənin potensialını daja da genişləndirəcək və Azərbaycanın daxili və kontinentan proseslərə təsir imkanlarını artıracaq. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında mühüm rol oynayır.
Bundan başqa, prezident qeyd edib ki, hem bir xarici qüvvə Bakının siyasətinə təsir edə bilməz və “Azərbaycana qarşı yürüdülən çirkin kampaniyaya” respublikanın bütün istiqamətlər üzrə artan xətt ilə inkişafı ən yaxşı cavabdır.
İ.Əliyev həmçinin qeyd edib ki, dünyada vəziyyətin və güclərin nisbətinin dəyişməsi, ölkədə təhlükəsizliyin təmin edildiyini vurğulayıb. Prezidentin sözlərinə görə, Azərbaycan özünü istənilən xarici müdaxilədən qorumağa qadirdir və uğurlu müstəqil inkişaf yolunu davam etdirəcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət