Ötən həftə AŞPA komitəsi tərəfindən qəbul edilmiş və ermənilərin sərhəd regionlarda yaşayan Azərbaycan sakinlərini qəsdən sudan məhrum etmək niyyətlərini əks etdirən qətnamə Ermənistana beynəlxalq təzyiq imkanlarını genişləndirir. Azrbayanın Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov belə hesab edir.
“Ümumilikdə, bu sənəd Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini bir daha sübut edir, beynəlxalq aləmə erməni təcavüzü nəticəsində yaranmış vəziyyət barədə məlumat verir, Azərbaycanın danışıqlarda mövqelərini möhkəmləndirir, Ermənistana beynəlxalq təzyiq imkanlarını genişləndirir”,- deyə deputatın Avropanın “New Europe” saytında dərc edilmiş məqaləsində bildirilir.
E. Süleymanov bu qətnamənin Azərbaycanın strateji obyekti olan, işğal olunmuş ərazilərdə yerləşən Sərsəng su anbarına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş ilk qətnamə olmasına diqqət çəkib.
Noyabrın 23-də AŞPA-nın Sosial Məsələlər Komitəsi deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzəsi əsasında Sərsəng su anbarına dair qətnamə layihəsini qəbul edib. Sənəddə ermənilərin işğal edilmiş ərazilərdə yerləşən Sərsəng su anbarından düzgün istifadə etməməsi nəticəsində böyük fəlakətin ola biləcəyi barədə xəbərdarlıq edilir.
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının 20 ildən artıqdır baxımsız vəziyyəti bütün sərhədboyu regiona təhlükə törədir",- deyə məruzədə bildirilir.
Sənəddə həmçinin Sərsəng bəndinin yaxşı vəziyyətdə olmadığı və bunun çoxlu sayda insan ölümü və yeni humnanitar böhranla nəticələnə biləcəyi vurğulanır.
Bu humanitar problem fonunda Komitə Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidən çıxarılmasını tələb etməklə yanaşı, həm də müstəqil mühəndis və hidroloqların ərazidə aradırma aparmasına, irriqasiya kanallarına, Sərsəng və Madagiz anbarlarının vəziyyətinə, payız və qışda suyun buraxılması cədvəlinə beynəlxalq nəzarətin olması ilə bağlı müraciət edir.
F. Hüseynzadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət