Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi təkcə Azərbaycana deyil, bütün türkdilli ölkələrə təsir göstərir. Politoloq Elxan Şahinoğlu belə hesab edir.
“Türkdilli ölkələr Türkiyə və Rusiya arasında seçim etmək məcburiyyətində qalırlar. Bir tərəfdən Qazaxıstan və Qırğızıstan KTMT üzvü kimi Rusiyanın tərəfini tutmalıdr. Digər tərəfdən onlar türk dünyasının bir hissəsi kimi Türkiyəyə dəstək göstərməlidirlər”, - deyə E.Şahinoğlu bu gün Bakıda Azərbaycan-Tütrkiyə münasibətlərinə və bu münasibətlərin regiona təsirinə həsr olunmuş Bakı-Moskva video-körpüsündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Türkiyə və Rusiya arasında dialoqun tərəfdarıdır.
Politoloq deyib ki, Moskvanın Ankaraya sanksiyalar tətbiq etməklə vəziyyəti gərginləşdirməsi qəribədir, halbuki Moskva özü Qərbin RF-yə qarşı sanksiyalarından əziyyət çəkir.
“Siyasi nöqteyi-nəzərdən Ankara və Moskva arasındakı bu gərginlik Bakı üçün sərfəli deyil. İqtisadi baxımdan isə bu Azərbaycana sərf edir, belə ki, Türkiyə öz mallarını Orta Asiya ölkələrinə göndərmək üçün Azərbaycan ərazisindən istifadə edə bilər”, - deyə o vurğulayıb.
“Azərbaycan Türkiyə-Rusiya tandemindən məmnun idi. Bakı hesab edirdi ki bu tandem Qarabağ münaqişəsınin nizamlanmasına müsbət təsir göstərə bilər. İndiki şəraitdə bizə belə gəlir ki, bu gərginlikdən sonra Rusiya məsələnin ədalətli həllində maraqlı olmayacaq”, - deyə E.Şahinoğlu qeyd edib.
Politoloq Tofiq Abbasov isə əmindir ki, Bakı qarşısında Rusiya və Türkiyə arasında seçim etmək problemi dayanmır.
“Azərbaycan bu məsələdə praqmatik mövqe tutub. Lakin bu münaqişə sözsüz ki, regional siyasi mühitə təsir edəcək, - deyə T.Abbasov qeyd edib.
Onun sözlərinə görə, üç ölkənin siyasi elitası məsələnin kritik həddə çatmasına yol verməyəcək. O, Rusiya media məkanını bu mövzu ilə bağlı gərginliyi artırmamağa çağırıb.
Politoloq Rusiya telekanallarında səsləndirilən kəskin və təhlükəli ritorikanın vəziyyəti daha da alovlandıra biləcəyini təəssüflə qeyd edib.
“Azərbaycan-Türkiyə münasibətləri praktiki və simvolik əhəmiyyət daşıyır. Bu münasibətlər sırf ikitərəfli xarakterlə məhdudlaşmır. Regional kontekst də münasibətlərə öz təsirini göstərir”, - deyə tədbirdə söz alan politoloq İlqar Vəlizadə bildirib.
O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin alternativi yoxdur. Hər iki ölkə öz strategiyasını beynəlxalq səviyyədə koordinasiya edir.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət