Helsinki Komissiyasının sədri Kris Smit tərəfindən hazırlanmış “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədin ABŞ Konqresi tərəfindən qəbul edilməsi ehtimalı çox azdır və demək olar ki, sıfıra bərabərdir. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
“ABŞ siyasətinin ermənipərəst, faktiki olaraq erməni dairələrinin tapşırığını yerinə yetirən adamın əlində girova çevrilməsi böyük təəssüf hissi doğurur”,- deyə S.Seyidov K.Smit tərəfindən hazırlanmış və Azərbaycanın hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, bu qanun layihəsi ABŞ-ın yürütdüyü siyasətə mənfi təsir göstərir.
“Azərbaycan mətbuatında Helsinski Komissiyasının qanun layihəsini ABŞ Konqresinə təqdim etməsi barədə xəbərlər təəssüf doğurur. Bu, həqiqətdən uzaqdır. Helsinski Komissiyasının tərkibinə Dövlət Departamentinin 3, Müdafiə Nazirliyinin 1, Ticarət Nazirliyinin 1 nümayəndəsi, 9 konqresmen və 3 senator daxildir. Bundan əlavə, Helsinski Komissiyası Konqresə aid deyil, sadəcə onunla əlaqəsi var”,-deyə S.Seyidov qeyd edib.
Onun fikrincə, K.Smitin hazırladığı qanun layihəsi təxribat xarakteri daşıyıb.
“Qanun layihəsini komissiya yox, komissiya üzvü hazırlayıb. Helsinki Komissiyasının heç bir başqa üzvü ABŞ-ın maraqlarına zərər verən və Azərbaycana qarşı təxribat xarakteri daşıyan bu sənədi imzalamayıb. Mahiyyət etibarilə müəllif ABŞ-ın Azərbaycanla starteji əməkdaşlığını tənqid edir”,- deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.
S.Seyidovun sözlərinə görə, erməni lobbisinin növbəti təxribatı uğurla nəticələnməyəcək.
“Bu qanun layihəsi ermənipərəst qüvvələrin Bakıya zərbə vurmaq üçün növbəti anti- Azərbaycan cəhdidir. Belə addımlar onlar tərəfindən yalnız ABŞ-da deyil, bütün dünyada həyata keçirilir. Hər il Amerika Konqresinə baxılmaq üçün 4 minə qədər qanun layihəsi daxil olur, onlardan yalnız 120-130-u qəbul edilir. Yəni, K.Smitin qanun layihəsinin qəbul edilməsi ehtimalı sıfıra bərabərdir”,- deyə S.Seyidov bildirib.
O deyib ki, sənəd qəsdən Bakıda əfv fərmanının qəbul edilməsi ərəfəsində hazırlanib.
“Azərbaycanda insan hüquqlarının təmin edilməsi üzrə yüksək səviyyədə tədbirlər görülür. Bundan başqa, hər ilin sonunda Azərbaycan prezidenti əfv fərmanı imzalayır. Qanun layihəsi regional proseslərə təsir göstərilməsi üzrə ciddi alət olan ABŞ-Azərbaycan strateji münasibətlərinə qarşı yönəlib”,- deyə S.Seyidov qeyd edib.
Milli Məclisin digər deputatları da K.Smitin qanun layihəsinə münasibət bildiriblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət