Azərbaycan prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
Prezident İ.Əliyevə məlumat verilib ki, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir.
Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Zavodda 300 nəfər işlə təmin edilib.
Qeyd olunub ki, bu, “ATEF Şirkətlər Qrupu”nun yeganə zavodu deyil. Zavodlarda ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 mln. ABŞ dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.
Sonra dövlət başçısı yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət