Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakı və Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnundur.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, bu fikir fevralın 29-da prezident İlham Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin görüşündə səsləndirilib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edilib və M.Şevçoviçin bu tədbirdə iştirakı məmnunluqla vurğulanıb. Söhbət zamanı “Cənub qaz dəhlizi” layihəsinin icrasının hazırki durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün dövlət başçısı ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd edib. O, ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. Prezident İ.Əliyev tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd etdi. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğulayıb.
Prezident fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı da qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət