Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla çərşənbə axamı Ankarada keçirilən birgə mətbuat konfransında bəyan edib.
“Bizi hərbi əməkdaşlıq birləşdirir. Bu yaxınlarda hərbi qulluqçularımız arasında birgə təlimlər keçirildi”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, bu, gözəl ənənəyə çevrilib.
“Biz Türkiyədən müxtəlif növ hərbi texnika və silah alırıq. Bu sahədə Türkiyənin nailiyyətləri də əlbəttə ki, Azərbaycanın hərbi potensialını artırır”, - deyə İ.Əliyev bildirib. Prezident bəyan edib ki, 25 il ərzində Bakı və Ankara birlik və həmrəylik nümayiş etdirir.
“Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edir və dünya arenasında bir-birinə ən yaxın ölkələrdir. Əlaqələrimizin əsasında birlik və xalqlarımızın qardaşlığı durur”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev iki ölkənin birliyini Azərbaycan və türk xalqlarının milli sərvəti adlandırdı.
“Ankarada imzalanan sazişlər və aparılan danışıqlar Azərbaycan və Türkiyənin birliyini nümayiş etdirir. Biz beynəlxalq arenada bir-birimizi dəstəkləyirik. Türkiyənin dünya arenasında güc mərkəzinə çevrilməsi bizi sevindirir. Təsadüfi deyil ki, Türkiyə G-20 sammitinə Azərbaycanı da dəvət etdi. Türkiyə bir ölkə dəvət etmək hüququna malik idi və bu, Azərbaycan oldu”, - deyə prezident vurğulayıb.
Həmçinin dövlət başçısı qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Bakıya dəstək verir.
“Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar və qətnamələrə əməl olunmalıdır. Bu məsələdə ikili standartlarla üzləşdik. Türkiyənin bizə dəstək verməsi bizim üçün çox önəmlidir”, - deyə İ.Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, türkiyəli həmkarı ilə görüşdə beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılması məsələlərini müzakirə edib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət