Rio-de-Janeyroda Olimpiya kəndində Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi keçirildi. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, idmançılar, XXXI Yay Olimpiya oyunlarının Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.
Olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn idmançılara yarışlarda uğurlar arzuladı.
XXXI Yay Olimpiya oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də baş tutacaq. Azərbaycanı oyunlarda 18 idman növündə 56 idmançı təmsil edir (57 lisenziya). 36 idmançı Olimpiya oyunlatrında ilk dəfə iştirak edir.
Azərbaycanın 3 hakimi güləş, gimnastika və boks üzrə yarışlarda münsiflik edəcək.
ХV Yay Paralimpiya oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. Azərbaycanlı paralimpiyaçılar “Rio-2016” üçün 6 idman növündə 41 lisenziya qazanıblar.
Ümumilikdə, Rio-de-Janeyroda XXXI Yay Olimpiya oyunlarında 206 ölkədən rekord sayda 10,5 min idmançı 306 medal dəsti uğrunda mübarizə aparacaq.
5-21 avqust tarixində Rio-de-Janeyroda XXXI Yay Olimpiya oyunları, 7-18 sentyabr tarixində ХV Yay Paralimpiya oyunları keçiriləcək. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət