2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $250 mln. 292,87 min təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $11 mlrd. 330 mln. 269,07 min (azalma 24,96%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $5 mlrd. 790 mln. 280,97 min, idxalın həcmi $5 mlrd. 539 mln. 988,1 min təşkil edib. 2015-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 37%, idxalın həcmi isə 6,23% azalıb.
İxracın strukturunda 71,93% neftin, 4,08% neft məhsullarının, 10,93% təbii qazın, 0,15% elektrik enerjisinin, 3,26% meyvə-tərəvəz məhsullarının, 0,07 çayın, 0,18% qəndin, 0,07% bitki və heyvan mənşəli yağların, 0,25% qəndin, 0,73% spirtli və spirtsiz məhsulların, 0,21% kimya məhsullarının, 0,69% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,22% pambıq ipliyin, 1,03% qara metal və ondan hazırlanan məmulatların, 1,07% alüminium və ondan hazırlanan məmulatların, 4,33% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 14,81% ərzaq məhsullarının, 1,9% tütün və tütün məhsullarının, 0,26% sementin, 2,12% əczaçılıq məhsullarının, 3,31% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,2% odun və agac məhsullarının, 14,54% qara metal və ondan hazırlanan məmulatların, 23,47% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 10,3% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,34% mebelin, 25,75% digər məhsulların payına düşüb.
Cari ilin yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 4,566 min özəl və dövlət müəssisəsi və 6,092 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 18,01%-i),Türkiyə (12,55%), Tayvan (7,27%) və Almaniya (7,27%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,47%), Türkiyə (13,22%), Çin (7,65%), Böyük Britaniya (6,56%) ilə həyata keçirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət