ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu yaxnlarda səsləndirdiyi bəyanatı Rəsmi Bakıda təəccüb doğurur.
“ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir", - deyə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, münaqişənin tənzimlənməsində iştirak edən super dövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur:
"Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla,ATƏT-in Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb", - deyə Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb.
O bildirib ki, Ermənistan işğalçı dövlətdir: "Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ daBMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib.ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də "status-kvo"nun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi ilə haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin", - deyə N.Məmmədov qeyd edib.*
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət