Prezident İlham Əliyev dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyənin mühüm rol oynadığını qeyd edir.
«Enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyənin rolu getdikcə artır, ölkə bu istiqamətdə məsələlərin həllində önəmli addımlar atır. Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox mühüm rol oynayır», - deyə dövlət başçısı bu gün İstanbulda işə başlayan 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı bəyan edib.
İ.Əliyevin sözlərinə görə, Türkiyə bu gün dünya enerji siyasətinin müəyyən edilməsində vacib rol oynayır. «Biz bir çox mühüm enerji layihələrini Türkiyə ilə birlikdə həyata keçiririk və bu enerji layihələri dünya üçün böyük önəm kəsb edir», - deyə prezident qeyd edib.
O xatırladıb ki, bu ilin iyulunda Türkiyə çox çətin bir sınaqdan şərəflə çıxdı: “Türkiyə xalqı prezidentRəcəb Tayyip Ərdoğanın ətrafında sıx birləşərək və böyük qəhrəmanlıq göstərərək hərbi çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik”, – deyə İ.Əliyev vurğulayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət