Azərbaycan-İsrail əməkdaşlığının əleydarlarının təzyiqinə baxmayaraq, tərəflər əlaqələri inkişaf etdirmək niyyətindədir. Bunu İsrail Knessetinin üzvü Konstantin (Yoel) Razvozov deyib.
«Yaxın dostluğumuza görə bizi tez-tez qınayırlar. Mən bu barədə dəfələrlə eşitsəm də, buna fikir vermirik. Təzyiqlərə baxmayaraq, Azərbaycan bizim üçün çox vacibdir», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Deputat vurğulayıb ki, hər iki ölkə əməkdaşlığı dərinləşdirmək üçün daim təmasdadır. «Azərbaycan-İsrail əməkdaşlığının gündəliyi bir çox sahələri əhatə edir», - deyə K. Razvozov qeyd edib.
Onun sözlərinə görə, tərəflər neft-qaz sahəsində əməkdaşlıq çərçivəsindən kənara çıxa və iqtisadiyyatın digər sahələrində də sıx əməkdaşlıq qura bilərlər.
«Əlbəttə, sizdən neft alırıq. Ancaq neft və qazdan başqa, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq etmək mümkündür. Əminəm ki, biz Azərbaycan sənayesi və xalqından çox şey öyrənə bilərik. Hətta biznes sahəsində də görürük ki, bir çox iş adamları əməkdaşlıq edir, yeni əlaqələr qururlar», - deyə Knesset üzvü vurğulayıb.
Deputat hesab edir ki, Azərbaycan və İsrail idman sahəsində də sıx əməkdaşlıq qura bilər. «Bu sahədə də məhsuldar əməkdaşlıq qurmaq olar. Məsələn, bu gün İsrailin çox güclü cüdo yığması var. O cümlədən uşaq idmanında da idmançıların mübadiləsini həyata keçirmək üçün imkan var”, - deyə o söyləyib.
K.Razvozov vurğulayıb ki, İsrail tərəfi federasiyaların rəhbərləri tərəflərindən əlaqələrin qurulması ilə bağlı proqramlar işləyib hazırlamağa başlayıb. Məqsəd idmançı uşaqların qarşılıqlı səfərlər etməsindən, ölkələrin mədəniyyətlərini öyrənmələrindən ibarətdir. «Bunu təkcə cüdo üzrə deyil, idmanın digər növləri üzrə də həyata keçirmək olar. Bu cür əməkdaşlıq digər sahələri də əhatə edə bilər», - deyə deputat əlavə edib.
K.Razvozov Azərbaycan rəhbərliyinin müxtəlif millət və dinlərin ölkə ərazisində yaşayan nümayəndələrinə, xüsusilə yəhudilərə münasibətinə də toxunub. «Azərbaycana ilk səfərim zamanı sinaqoqların tamamilə dövlət hesabına maliyyələşdirilməsinin şahidi oldum. Bu, yəhudilərə olan münasibəti göstərir və bu, çox vacibdir. Dövlətdə tolerantlıq hökm sürür. Bunu görürük və dəyər verməyi bacarırıq”, - deyə o bildirib.
Knesset üzvünün sözlərinə görə, Azərbaycan rəhbərliyinin digər millətlərin nümayəndələrinə bu cür münasibəti digər dövlətlər üçün nümunə ola bilər.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət