"VTB Bank (Azerbaijan)" ASC 2018-ci ildə mənfəətə çıxmağı nəzərdə tutur. Bu barədə “Bank VTB”nin vitse-prezidenti, İdarə Heyətininsədrmüavini, "VTB Bank (Azerbaijan)"ın Müşahidə Şurasının sədri Mixail Oseyevski bildirib.
"Yerli bankın menecmenti qarşısında iki vəzifə durur – birincisi, manatın devalvasiyası nəticəsində yaranan problemlərin azaldılması, ikincisi, yeni müştərilərin cəlb edilməsi. Ümumilikdə məqsəd 2018-ci ildə mənfəətə çıxmaqdır. Lakin bu, bir çox halda ölkədə iqtisadi vəziyyətdən asılı olacaq", - deyə o, bu gün Bakıda keçirilən brifinqdə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq qeyd edib.
Müşahidə Şurasının sədrinin sözlərinə görə, “Bank VTB” MDB ölkələrindəki törəmə strukturlarının fəaliyyəti ilə bağlı strategiyasına bir qədər dəyişiklik edib. "İndi bankın strategiyasının əsas məqsədi Rusiyanın törəmə strukturlarımızın olduğu ölkələrlə ticarət dövriyyəsinə dəstək verməkdən ibarətdir. Biz belə tranzaksiyalar üçün dəstək qrupu olmalıyıq. Buna görə də yerli bazarda fəaliyyət göstərən Rusiya şirkətlərinin, Rusiya bazarına istiqamətlənmiş yerli şirkətlərin həyata keçirdiyi əməliyyatları maliyyələşdirəcəyik. Bu səbəbdən də hüquqi şəxslərdən ibarət müştəri bazamızı genişləndirmək niyyətindəyik", - deyə M.Oseyevski vurğulayıb.
O vurğulayıb ki, bank bu siyasət çərçivəsində artıq İnternet-bankinq xidmətini istifadəyə verib, yaxın vaxtlarda isə fiziki şəxslər üçün mobil əlavə istifadəyə veriləcək.
Vitse-prezident deyib ki, əvvəlki illərdə bank pərakəndə biznesə daha çox istiqamətlənmişdi. "Bununla əlaqədar bankımız Azərbaycandakı bir çox banklar kimi müəyyən çətinliklərlə üzləşib. Buna görə biz hüquqi şəxslərlə, əsasən gəliri $10-20 mln. olan orta şirkətlərlə işə daha çox üstünlük veririk", - deyə o əlavə edib.
M.Oseyevskinin sözlərinə görə, “VTB Bank (Azerbaijan)” manatla verilən kreditlərin həcmini artırmağa çalışır. "Lakin bunu etmək elə də asan deyil, belə ki, Azərbaycan iqtisadiyyatı və xüsusilə də bank sektoru son dərəcə dollarlaşıb. Biz yeni müştərilərin cəlb edilməsi, onların hesablarındakı qalıqların artırılması, hesablar üzrə dövriyyənin hesabına milli valyuta ilə kreditin verilmə həcmini artırmağa ümid edirik", - deyə o qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət