“TuranBank” 2016-cı ilin oktyabr ayında fəaliyyətinin yekunları üzrə 202,2 min manat məbləğində mənfəət əldə edib. Bu barədə bankın məlumatında deyilir.
"Bank oktyabrda 202,2 min manat məbləğində mənfəət əldə edib. Bu, cari ilin 10 ayı ərzində yaranmış zərəri 903,5 min manatadək azaltmağa imkan verib", - deyə məlumatda qeyd olunur.
10 ay ərzində bankın gəlirləri 31,7 mln. manat, xərcləri 32,6 mln. manat təşkil edib.
Məlumata görə, 31 oktyabr tarixinə “TuranBank”ın aktivləri 530,1 mln. manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 16,2%), müştəri hesabları və depozit portfeli 210,6 mln. manat (artım 14,6%), fiziki şəxslərin müddətli əmanətləri 103 mln. manat (artım 17,2%) təşkil edib.
Oktyabrın sonuna bankın nizamnamə kapitalı 55 mln. manata bərabərdir.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 26 fiziki və hüquqi şəxsdir.*
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət