Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatları Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müsbət qiymətləndirməyə imkan vermir. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Təəssüf ki, nizamlanma məsələsinə nikbin yanaşmıram, çünki ermənistanlı həmkarım çıxışlarında və müsahibələrində sülh prosesini müsbət qiymətləndirmək üçün yer qoymur”, - deyə o, mətbuat konfransında bildirib.
XİN başçısının sözlərinə görə, Ermənistan nizamlanma ilə bağlı təklif olunan planı vaxtında qəbul etsəydi, bu məsələdə irəliləyiş ola bilərdi. «Münaqişənin həllinə kimin mane olduğunu hamı bilir. Əgər onlar planı vaxtında qəbul etsəydi, biz bu məsələdə çoxdan irəliləmişdik»,- deyə o qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, bu gün bir çoxları hesab edir ki, BMT Təhlükəsizlik Şurasının 90-cı illərin əvvəlində qəbul etdiyi qətnamələr atəşkəs rejiminin bərqərar olmasını nəzərdə tutur. «Təəssüf ki, bir çoxları düşünür ki, 1993-cü ilin qətnamələri atəşkəs rejiminin bərqərar olması məqsədilə qəbul edilib. Lakin bu belə deyil. Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edib», - deyə o əlavə edib.
Nazir diqqətə çatdırıb ki, “Ermənistan rəhbərliyi ümid edir ki, münaqişə unudulacaq və hər şey olduğu kimi qalacaq”.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət