Prezident İlham Əliyev Amerika-Azərbaycan Ticarət Palatasının Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcəyinə əmindir.
“Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.
İnanıram ki, Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcək”, – deyə o, Bakı və Vaşinqton arasında ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müraciəti səfir Elin Süleymanov oxuyub.
Dövlət başçısı qeyd edib ki, ABŞ şirkətləri tərəfindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından artıq, ümumilikdə isə 200 milyard ABŞ dollarınadək investisiya yatırılıb.
“Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik”, – deyə prezident İ.Əliyev vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət