2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan $57 mln. 530,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 69,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Kənd təsərrüfatı mallarının ixracında meyvə-tərəvəz məhsulları daha çox paya malik olub”, - deyə məlumatda qeyd olunur.
Cari ilin yanvar-fevral aylarında $26 mln. 814,3 min dəyərində (artım 22,6%) 24,088 min ton meyvə (artım 44,7%) və $11 mln. 904 min ton dəyərində (artım 73,7%) 13,984 min ton tərəvəz (artım 2,1 dəfə) ixrac edilib.
Bundan başqa, hesabat dövründə $14 mln. 248,4 min dəyərində (artım 8,2 dəfə) 10,514 min ton pambıq (artım 6,8 dəfə), $964,1 min dəyərində (artım 2,7%) 422,6 min ədəd dəri xammalı (azalma 50,2%), $1 mln. 960,9 min məbləğində (artım 3,7%) 715,3 ton tütün məmulatı (artım 27,8%) ixrac edilib.
2016-cı ildə Azərbaycan $426 mln. 111,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.*
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət