Ankara Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bölgədə münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli məqsədilə mümkün qədər səy göstərir. Bu barədə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Məsud Özcan bəyan edib.
“Biz bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Azərbaycan və Gürcüstanı dəstəkləməyə davam edirik”, - deyə M.Özcan bu gün Bakıda keçirilən "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, ötən ilin aprel ayında Qarabağ münaqişəsi zonasında hərbi toqquşmalar baş verib. “Bu hadisədən sonra atəşkəs rejiminin tətbiq olunması, Azərbaycan və Ermənistan prezidentəri səviyyəsində keçirilən üçtərəfli görüşlərə baxmayaraq, bu regionda sülh və təhlükəsizliyin lazımi səviyyədə qurulmasına gətirmədi”, - deyə M.Özcan qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov vurğulayıb ki, Bakı, Ankara və Tbilisinin iştirakı ilə bölgədə çox sayda layihələr reallaşdırılır. “Bizi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr birləşdirir. Son layihələr olaraq, nəqliyyat sazişləri, limanların inşası, gələcəkdə Çin ilə sazişin imzalanması, Türkiyənin Mərkəzi Asiya ölkələrinə çıxışı, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın iştirakını qeyd etmək olar”, - deyə o hesab edir.
F.Məmmədov bu ölkələrin məkanında sabitlik və təhlükəsizliyin formalaşmasının vacibliyini qeyd edib. “Təhlükəsizliyimizin formalaşması heç kəsə qarşı yönəlməyib, baxmayaraq ki, xaricdə bəzi dairələr bunun əksini bəyan edirlər. Biz isə bu formatı qoruyub və saxlamalıyıq, çünki o vacib və zəruridir”, - deyə o qeyd edib.
F.Məmmədov bildirib ki, Bakı, Ankara və Tbilisi terrorçuluqla mübarizə məsələlərində ümumi nöqteyi-nəzərdən çıxış edirlər.
Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Gegolaşvili hesab edir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin geosiyasi yerləşməsi bölgədə sülh, sabiltlik və firavanlığın təminatına imkan yaradır.
“Ölkələrimizdə baş verən geosiyasi dəyişikliklər heç bir vəchlə dövlətlər arasında qarşılıqlı əlaqələrə təsir etmir. Üçtərəfli əməkdaşlıq formatı narahatlığımızı müzakirə etməyə imkan verir və ölkələrimizin maraqlarına əsaslanır. Hər üç ölkə biri-birinin ərazi bütövlüyünü dəstəkləyir”, - deyə K.Geqolaşvili vurğulayıb.
O əlavə edib ki, Gürcüstan Aİ ilə assosiativ saziş imzalayıb, Türkiyə Avropa İttifaqına üzvlük məsələsini müzakirə edir, Azərbaycan Brüssel ilə yeni sazişə dair danışıqlar aparır. “Hər üç dövlət, sözün geniş mənasında, Avropa birliyinin bir hissəsidir. Bu istiqamətdə əməkdaşlığımız da vacibdir. Hər üç ölkə Avropaya inteqrasiyada biri-birini dəstəkləyir. Türkiyə Gürcüstanın NATO-aya üzv olması məsələsini dəstəkləyir. Biz inanırıq ki, NATO-nun üzvü olacağıq. Bu, Azərbaycan üçün də mühümdür. Bu, öz ərazilərinin müdafiəsi üçün Gürcüstanın zəmanəti olacaq və bütün bölgəyə təsir edəcək”, - deyə K.Geqolaşvili vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət